• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“AHİK Könüllüləri” proqramına start verilir

Cəmiyyət

11-10-2024, 11:38

“AHİK Könüllüləri” proqramına start verilir Humanist dəyərlər, nəcib missiyalar, xeyirxahlıq, ümummilli amallar naminə könüllü və təmənnasız dəstək xalqımızın yaşatdığı və inkişaf etdirdiyi qiymətli dəyərlərdir. Dövlətimizin tərəqqisində, misilsiz nailiyyətlərində və qazandığı qələbələrdə könüllü dəstəyinin xidmətləri danılmazdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu müasir, müstəqil Azərbaycanda əsasını qoyduğu könüllülük hərəkatı cənab Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib, normativ hüquqi baza təkmilləşdirilib, bu sahəyə dövlət dəstəyi artırılıb. Artıq könüllük fəaliyyəti daxil olduğu bir çox sahələrdə özünü layiqincə doğrultmuş, geniş rəğbət qazanmış, ölkəmizin bölgələrindən və cəmiyyətimizin bütün təbəqələrindən vətəndaşlarımız, o cümlədən gənclər bu imkandan yararlanaraq Azərbaycanın daha da tərəqqisinə təmənnasız töhfələr verirlər.
Bu günün inkişaf reallıqlarını və çağırışlarını nəzərə alaraq, həmçinin üzvlərimizin əmək hüquqlarının qorunması ilə bağlı qarşıya qoyulan hədəflərə dəqiq və vaxtında nail olunması üçün görüləcək işlərdə vacib könüllü dəstəyindən yararlanmaq məqsədəmüvafiq addımdır.
Bununla əlaqədar olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “AHİK könüllüləri” proqramına start verilir.
Belə ki, proqram həmkarlar ittifaqlarının fəaliyyətinin təbliğində, nüfuzunun artırılmasında və sıralarının genişlənməsində faydalı olmaqla yanaşı, həm də gənclər üçün bilik və bacarıqlarının artırılması, istedadlarının üzə çıxarılması, təcrübə qazanmaları və sosiallaşmaları üçün mühüm fürsət olacaqdır. Konfederasiyasının müxtəlif sahələrdə tədbirlərinin təşkilinə könüllülərin cəlb olunması həm də onların fərdi inkişafına və peşəkar kadr kimi yetişməsinə böyük dəstəkdir.
Layihəyə Azərbaycan vətəndaşı 18-25 yaş arası analitik düşünmə qabiliyyətli, intellektli və nizam-intizamlı, ali təhsil alan və ya məzun olan bütün gənclər qatıla bilərlər. Xarici dil biliyi olan və daha əvvəl könüllülük təcrübəsi keçmiş gənclərə üstünlük verilir.
Seçimlərdən keçən könüllülər “Stage” və “StagePro” olmaqla iki mərhələdən ibarət proqrama qoşulacaqlar. Proqramda iştirak hər mərhələ üçün 2 ay nəzərdə tutulur. Könüllülər Konfederasiyanın mərkəzi Aparatında, eləcə də üzv və tabeli təşkilatlarında fəaliyyətlərə cəlb ediləcək, onlar üçün müxtəlif rəqəmsal və yumşaq bacarıqların tədrisi, məlumatlandırıcı sessiya və peşəkar təlimlər təşkil olunmaqla, komandada işləmək bacarıqları aşılanacaqdır.
Proqramı uğurla başa vuran və fəaliyyəti məqbul sayılan iştirakçılar müvafiq olaraq “AHİK Könüllüləri” proqramının “Stage” və “StagePro” sertifikatları ilə təltif olunacaqlar.
Könüllülük hərəkatına qoşulmaq, şəxsi bilik və bacarıqlarını artırmaq, cəmiyyətimiz üçün faydalı olmaq istəyən gənclər oktyabrın 30-u saat 18:00-dək https://bit.ly/AHİKkönüllüləri linki vasitəsilə ilk proqrama qoşulmaq üçün müraciət edə bilərlər.

Oxunub: 100184
Paylaş:
Digər xəbərlər

Siyasət

7-05-2024, 14:09

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 7 may tarixli plenar iclasında çıxışı

---

26-03-2024, 11:01

Biz öz Prezidentimizi seçdik

---

25-03-2024, 00:45

Qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir

---

19-03-2024, 10:55

Novruz bayramı xalqımızın qədim tarixə və mədəniyyətə sahib olmasının daha bir sübutudur

---

17-03-2024, 11:55

Novruz bayramı xalqımızın qədim tarixə və mədəniyyətə sahib olmasının daha bir sübutudur

Araşdırma
Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • Dün, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • Dün, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • Dün, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
  • 22-06-2026, 11:32
    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 18-06-2026, 12:32
    Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
  • 17-06-2026, 10:20
    17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
  • 16-06-2026, 21:11
    Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
  • 16-06-2026, 21:10
    ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır
  • 16-06-2026, 21:08
    Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
  • 16-06-2026, 21:07
    Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
  • 16-06-2026, 21:05
    Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
  • 15-06-2026, 11:41
    Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
  • 15-06-2026, 11:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
  • 8-06-2026, 22:55
    Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
  • 2-06-2026, 19:12
    Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçirildi
  • 2-06-2026, 10:43
    “Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
  • 2-06-2026, 10:41
    Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
  • 2-06-2026, 10:39
    FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-05-2026, 20:03
    Milli Məclisin yaz sessiyası başa çatdı
  • 26-05-2026, 20:01
    Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
  • 26-05-2026, 19:58
    Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
  • 26-05-2026, 19:56
    Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
  • 22-05-2026, 11:56
    Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
  • 22-05-2026, 11:54
    DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
  • 22-05-2026, 11:52
    Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür
  • 22-05-2026, 11:51
    Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil
  • 20-05-2026, 19:40
    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
  • 20-05-2026, 19:38
    Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub
  • 20-05-2026, 19:36
    Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb
  • 18-05-2026, 13:41
    “Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə
  • 18-05-2026, 13:23
    Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə