• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

22 iyul Milli Mətbuat Günüdür

Gündəm / Siyasət

22-07-2026, 13:32

22 iyul Milli Mətbuat Günüdür Həsən bəy Zərdabi tərəfindən nəşrə başlanılan “Əkinçi” qəzeti dövrünün azadlıq, müstəqillik və milli özünüdərk uğrunda mübarizənin əsas simvollarından idi. Milli Mətbuatımızın tarixi, keçdiyi 151 illik yola nəzər salanda bu uzun yolun heç də asan olmadığının şahidi oluruq.
XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş, sürətli iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən əsaslı dəyişikliklər milli mətbuatın yaranmasını tarixi zərurətə çevirmişdi. 1875-ci ildən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qısa ömrünə baxmayaraq, cəhalətə və xurafata kəskin zərbə vuraraq maarifçi ideyaların carçısı oldu, mütərəqqi jurnalist nəslinin yetişməsinə müstəsna töhfələr verdi. Çar Rusiyasının qəzetin yaratdığı ictimai-siyasi intibahdan çəkinərək nəşrini dayandırmasına rəğmən, “Əkinçi”nin bəyan etdiyi prinsiplər milli mətbuatımızın gələcək inkişaf xəttini cızdı.

XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan mətbuatının yüksəliş dövrü kimi xarakterizə olunur. Həmin illərdə nəşr olunan “Kəşkül”, “Füyuzat”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Dəbistan”, “Təzə Həyat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq Söz”, “İrşad” və “Molla Nəsrəddin” kimi qəzet və jurnallar dövrün ictimai-siyasi, sosial və mədəni hadisələrini əks etdirərək maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verdi. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nəşr olunan “Kaspi” qəzeti də Həsən bəy Zərdabinin ideyalarını davam etdirən mühüm mətbuat orqanlarından biri oldu. Bu nəşrlər milli düşüncənin formalaşmasında və istiqlal ideyalarının yayılmasında əhəmiyyətli rol oynadı.

Azərbaycan mətbuatının inkişafında həyata keçirilən dövlət islahatları mühüm rol oynayıb. Umummilli lider Heydər Əliyev tərəfindən bir sıra islahatların aparılması, daha sonra Prezident İlham Əliyev tərəfindən bu sahə ilə bağlı imzalanan sərəncam və fərmanlar medianın inkişafına təkan verib. Prezident İlham Əliyevin vurğuladığı kimi, mətbuat informasiya cəmiyyətinin qurulmasına, şəffaflığın və sosial ədalətin möhkəmləndirilməsinə, milli həmrəyliyin gücləndirilməsinə və milli-mənəvi dəyərlərin təbliğinə xidmət etməlidir. Jurnalistlər peşəkarlıq, obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə sadiq qalmalı, söz və məlumat azadlığından sui-istifadə hallarına qarşı prinsipial mövqe nümayiş etdirməlidirlər.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının müasir çağırışlara uyğun inkişafı dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Medianın iqtisadi dayanıqlığının artırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, rəqəmsal transformasiyanın dəstəklənməsi və peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Medianın İnkişafı Agentliyinin fəaliyyəti, jurnalistlərin peşə hazırlığına verilən dəstək və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi bu siyasətin mühüm tərkib hissəsidir.

Müasir dövrdə informasiya təhlükəsizliyi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası informasiya cəbhəsində ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynadı. Operativ, dəqiq və etibarlı məlumatların ictimaiyyətə çatdırılması, dezinformasiyaya qarşı mübarizə və dövlətin haqlı mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması jurnalistlərin üzərinə düşən məsuliyyətin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi.

Bu gün Azərbaycan jurnalistindən yalnız xəbəri çatdırmaq deyil, həm də peşə etikası prinsiplərinə sadiq qalmaq, cəmiyyət qarşısında məsuliyyət daşımaq, milli maraqları qorumaq və həqiqətin müdafiəçisi olmaq tələb olunur. İnformasiya bolluğu dövründə etibarlı və peşəkar medianın rolu daha da artır.

22 iyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yolu dəyərləndirmək, bu sahədə çalışan insanların əməyinə hörmət və ehtiram göstərmək üçün əlamətdar gündür. Bu münasibətlə bütün media nümayəndələrini peşə bayramı münasibətilə ürəkdən təbrik edirik!

/zamanlabirge.az.xebernur.com/

Oxunub: 10035
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

22-07-2025, 13:00

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

Gündəm / Siyasət

10-12-2024, 20:24

Heydər Əliyev fenomeni

Cəmiyyət

22-12-2025, 11:05

Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin doğum günüdür

Mədəniyyət

18-02-2025, 11:05

Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür

Gündəm / Siyasət

8-05-2025, 14:03

Əbədiyaşar Lider

Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə