• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Körpələrin şəkərdən az istifadə etməsi sağlamlığa uzunmüddətli fayda verir - ARAŞDIRMA

Cəmiyyət

6-11-2024, 15:46

Körpələrin şəkərdən az istifadə etməsi sağlamlığa uzunmüddətli fayda verir - ARAŞDIRMA Britaniyada aparılan araşdırmaya görə, körpənin həyatının ilk min günü (hamiləlik dövründən iki yaşına qədər olan müddət) onun sağlamlığının formalaşmasında həlledici rol oynayır. Mütəxəssislər müəyyən ediblər ki, bu dövrdə şəkər istehlakının azaldılması gələcəkdə bir çox xəstəlik riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Araşdırmaya əsasən, erkən dövrdə şəkər qəbulunu məhdudlaşdırmaq diabet riskini 35 faiz, yüksək qan təzyiqi riskini isə 20 faiz azaltmağa kömək edir. Bundan əlavə, şəkərin təsirinə erkən məruz qalmayan uşaqlarda piylənmə riski də 30 faiz aşağı olur.
Cənubi Kaliforniya Universiteti tərəfindən aparılan araşdırmada Britaniyanın “Biobank” genetik məlumat bazasından faydalanaraq 1951-1956-cı illər arasında doğulmuş və mütəmadi olaraq sağlamlıq müayinəsindən keçən 60 min insanın məlumatları təhlil edilib. Araşdırmanın nəticələrinə görə, erkən dövrdə şəkər istehlakının məhdudlaşdırılması insanlarda diabet və yüksək qan təzyiqi riskini azaldıb.
1950-ci illərdə Britaniyada şəkər istehlakının artması müşahidə olunub. İkinci Dünya Müharibəsindən sonra talon sisteminin sona çatması səbəbindən gündəlik şəkər istehlakı kəskin şəkildə artıb. 1953-cü ilin sentyabrında talon sistemi ləğv edildikdən sonra gündəlik şəkər qəbulu 41 qramdan (10 kub şəkər) 80 qrama (20 kub şəkər) yüksəlib. Bu artımın sonrakı nəsillərin sağlamlığına mənfi təsirlərini izləmək üçün tədqiqatçılar geniş analiz aparıblar. Araşdırmaya rəhbərlik edən alimlərdən biri olan Tadeja Qrakner bildirib ki, erkən yaşda şəkərə məruz qalma bədənin maddələr mübadiləsi və qida maddələrinə reaksiyasına ömür boyu təsir edə bilər. Qrakner həmçinin qeyd edib ki, uşaqlıqda həddən artıq şəkər qəbulu insanın ömrü boyu şirin qidalara meyl etməsinə səbəb ola bilər.
Araşdırmanın nəticələrinə əsasən, hamiləlik dövründə anaların şəkər qəbulu da körpənin gələcək sağlamlığına əhəmiyyətli təsir göstərə bilər. Şəkər qəbulunun məhdud olduğu dövrdə doğulan uşaqların daha sağlam böyüdükləri müşahidə olunub. Bununla əlaqədar olaraq tədqiqatçılar hamilə qadınların şəkər istehlakına diqqət yetirmələrinin əhəmiyyətini vurğulayıblar. London Kral Kollecində qidalanma üzrə müəllim Keyti Dalrimpr araşdırmanın erkən dövrdə bəzi kritik anların gələcək sağlamlıq üzərində mühüm təsirə malik olduğunu təsdiqlədiyini bildirib. Oksford Universitetinin qidalanma üzrə müəllimi Jerusa Brinyardello isə araşdırmanın “körpə gözləyən analar və erkən uşaqlıq dövründə valideynlər üçün bir xəbərdarlıq” kimi qəbul edilməli olduğunu vurğulayıb.
Şəkərin həddindən artıq istehlakının qarşısını almaq məqsədilə bəzi qeyri-hökumət təşkilatları Britaniyada uşaqlar üçün satılan qidalarda çox yüksək miqdarda şəkər olduğunu bildirib və valideynlərə bu qidalardan uzaq durmağı tövsiyə ediblər. Ailələrə, xüsusən də körpə və uşaq yaşlarında daha az şirin tərəvəzlər, məsələn, brokkoli və ya ispanaq kimi qidalar məsləhət görülür ki, uşaqlar müxtəlif dadlara alışsınlar. Buna baxmayaraq, araşdırmanın müəllifləri vurğulayırlar ki, araşdırmanın nəticələri fərdi pəhrizlərin izlənilməsi yolu ilə dəqiqləşdirilməyib və bu səbəbdən genişmiqyaslı qəti nəticə əldə etmək mümkün deyil. Bundan başqa, erkən yaşda şəkərdən qaçmağın gələcək sağlamlıq üçün əhəmiyyətli faydalar verə biləcəyini vurğulayan tədqiqatçılar, erkən uşaqlıq dövründə az şəkər istehlakının uşaqlara daha sağlam bir gələcək təmin edə biləcəyinə inanırlar.

Oxunub: 100210
Paylaş:
Digər xəbərlər

Hadisə

27-03-2024, 09:41

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Cəmiyyət

11-10-2024, 11:35

"Erkən və qohumlar arasında bağlanan nikahların mənfi nəticələri " mövzusunda maarifləndirici görüş

İqtisadiyyat

19-03-2024, 13:15

Ölkəyə gələn turistlərin sayı kəskin artıb

Cəmiyyət

16-10-2024, 11:05

Vitamin D əlavələri qan təzyiqini, xolesterolu və insulini yaxşılaşdırmağa kömək edə bilər - TƏDQİQAT

Dünya

11-10-2024, 11:46

Donald Tramp seçicilər arasında dəstəyinə görə Kamala Harrisi iki faiz üstələyir

Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə