Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2024cü il il üçün nəzərdə tutulmuş kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Məlahətli Ana” uşaqlara yardım ictimai birliyidə yer tutmuşdur.
"Müharibə iştirakçıları və şəhid övladları üçün sosial proqramların təşkili" layihəsi çərçivəsində "Qarabağ müharibəsinin dəhşətləri və Zəfər təqvimi" adlı kitabı Suraxanı rayonunda yerləşən Sabir adına mədəniyyət evində kitabın təqdimat mərasimi keçirildi.
Tədbirdə 120 şəhid və qazi ailələri iştirak etdilər. İştirakçılara kitablar paylanıldı. Tədbirə bir sıra qonaqlar dəvət almışdırlar - ”Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinin təsisçi və baş redaktoru Xuraman Əhlimanqızı Quliyeva, “Ekspert” qəzetinin baş redaktoru Səbuhi Mehdiyev, “Paralel” TV-nin rəhbəri, “Paralel” qəzetinin baş redaktoru, təsisçisi Tapdıq Abbas, “Dərkənar” qəzetinin baş redaktoru Pünhan Şükür.
Tədbirdə müəllif Nazim Tapdıqoğlu, şəhid atası Eldəniz Hüseynov, KİV nümayəndələri və yazıçılar çıxış etdilər. Vətənpərlik mözusunda slayd və məktəblilərin çıxışı nümayiş olundu.
Layihənin rəhbəri “Məlahətli Ana” uşaqlara yardım ictima birliyin sədri Natiq Əhmədov





