Bu gün dəyərli həmkarım, "Zamanla birgə" qəzetinin və eyni adlı saytın rəhbəri Fərqanə xanım Sultanovanın doğum günüdür.
Fərqanə zəhmətkeş, cəsarətli, fərasətli, əzmkar jurnalist xanımlarımızdandı. Uzun müddətdir tanıdığım və dostluq etdiyim bu xanım sükanını əlində möhkəm saxladığı istər qəzetində, istərsə də saytında işıq üzu görən yazılarında daim milli maraqları, dövlətçilik prinsiplərini, haqqı-ədaləti ön plana çəkib, qərəzdən, böhtandan uzaq olaraq geniş oxucu məhəbbəti qazanıb.
Əziz həmkarım Fərqanə xanım, sizi mövlud gününüz münasibətilə ürəkdən təbrik edir, uzun, mənalı sağlıqlı ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bəradər Səməndərli
"Atribut" qəzeti və "atributinfo.az" saytının baş redaktoru![]()
![]()