• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AzMİU-nun yaradılmasının 50-ci ilində “Məzun günü” keçirilib

Cəmiyyət

2-07-2025, 11:41

AzMİU-nun yaradılmasının 50-ci ilində “Məzun günü” keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ilini başa vurmuş tələbələrin “Məzun günü”ndə mərasim təşkil olunub.

Universitetin 50 illik yubileyinə təsadüf edən bu önəmli tədbir Bakı Kristal Zalında keçirilib. Mərasimdə universitetin rəhbərliyi, akademik heyəti, tanınmış elm və ictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbir AzMİU-nun Məzunlar Assosiasiyası, “Kristal Abşeron” və “Coca-Cola” şirkətlərinin dəstəyi ilə yüksək təşkilatçılıq səviyyəsində keçirilib. Zövqlü şəkildə hazırlanmış səhnə dekorasiyası, universitetin simvolları və 50 illik yubileyə həsr olunmuş vizual materiallar tədbirin təntənəli ovqatını tamamlayıb.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova məzunları, onların valideynlərini və müəllimlərini ürəkdən təbrik edib. O, AzMİU-nun ötən 50 ildə keçdiyi inkişaf yolundan danışıb və universitetin ölkənin aparıcı ixtisaslaşmış ali təhsil müəssisələrindən biri kimi tanındığını vurğulayıb. Rektor bildirib ki, 2024/2025-ci tədris ilində ümumilikdə 2422 nəfər tələbə universiteti uğurla bitirib. Onlardan 2301 nəfəri adi əsaslarla, 70 nəfəri isə fərqlənmə diplomu ilə məzun olub. Həmin şəxslər sırasında 51 əcnəbi tələbə də yer alır ki, bu da AzMİU-nun beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıq imkanlarının göstəricisidir.

Bakalavriat səviyyəsini 1292 nəfər, magistratura pilləsini 631 tələbə başa vurub. Universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 499 məzunu isə bu gün ali və orta ixtisas təhsili səviyyəsində peşəkar inkişaf yoluna çıxır. Eyni zamanda, AzMİU-nun həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində bu il 6 tələbə məzun olub ki, onlardan 5-i Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Bu göstəricilər universitetin çoxpilləli, çevik və beynəlxalqyönümlü təhsil strategiyasının uğurla reallaşdırıldığını təsdiqləyir.

Sonra elm və təhsil nazirinin müavini İdris İsayev və AzMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədri Nərman Topçubaşev çıxış edərək, məzunlara öz təbriklərini çatdırıblar, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər. Hər iki çıxışda AzMİU məzunlarının bilik və bacarıqlarının ölkəmizin gələcək inkişafı üçün əsas potensiallardan biri olduğu vurğulanıb.

Mərasimdə iştirak edən digər fəxri qonaqlar – Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov və digər rəsmi şəxslər məzunları bu əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar AzMİU-nun yetişdirdiyi mühəndis, memar, dizayner və digər mütəxəssislərin Azərbaycanın sosial-iqtisadi inkişafında, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma proseslərində mühüm rol oynayacağını qeyd ediblər.

Tədbirin rəsmi hissəsində universitet rəhbərliyi və qonaqlar tərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Həmçinin təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakı ilə seçilən məzunlar xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Rəsmi hissədən sonra gəncləri əyləncəli və yaddaqalan bədii-musiqili proqram təşkil olunub. Tanınmış aparıcılar Abbasağa Əlizadə və Elcan Rəhimov tədbirə xüsusi ab-hava bəxş edib. Sevilən ifaçılar Orxan Zeynallı, Mərdan Kazımov, eləcə də DJ Kamonun təqdimatında səsləndirilən populyar mahnılar məzunlara unudulmaz anlar yaşadıb.

Tədbirin kulminasiya nöqtəsi isə məzunların ənənəvi “papaqatma” mərasimi olub. Minlərlə papağın eyni anda havaya atılması universitetin tarixində simvolik bir səhifə kimi yadda qalıb və bu anlar foto və videoçəkilişlərlə əbədiləşdirilib.

Beləliklə, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilən bu “Məzun günü” təkcə bir tədris ilinin sonu deyil, həm də universitetin nailiyyətlərinin, onun yetişdirdiyi gənc nəsil mütəxəssislərin və gələcək uğurların nümayişi kimi tarixə düşüb.

AzMİU-nun yaradılmasının 50-ci ilində “Məzun günü” keçirilib

Oxunub: 100131
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-11-2024, 11:49

DİN-də Zəfər Gününə həsr olunmuş təntənəli mərasim olub

Cəmiyyət

4-04-2025, 12:36

Qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib

Mədəniyyət

22-05-2025, 17:00

Muzeydə 28 May - Müstəqillik gününə həsr olunmuş intellektual tədbir keçirilib

Cəmiyyət

21-10-2024, 11:23

Rektor: Azərbaycan Memarlıq və İnşaat Universiteti COP29 öncəsi qarşıya qoyduğu vəzifələrə nail olacaq

Cəmiyyət

6-03-2025, 11:57

Əlahiddə Ümumqoşun Orduda “Komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib

Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə