• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aprel döyüşləri - şanlı qələbənin başlanğıcı...

Gündəm / Cəmiyyət

9-04-2025, 19:25

Əziz Mustafayev,
53 saylı Mənzil-Kommunal İsrismar Sahəsinin rəisi


2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri iri miqyaslı təxribatlar törətmək niyyəti ilə ön xətt mövqelərə və yaşayış məntəqələrinə intensiv artilleriya atəşi ilə hücuma başladı. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Ordumuzun bölmələri hücumun qarşısını aldı, əks-hücumla düşməni geri çəkilməyə məcbur etdi. Bu döyüşlər hərb tariximizə Aprel döyüşləri kimi həkk olundu.
2016-cı ilin apreli Azərbaycan Ordusunun növbəti şanlı Qələbəsi ilə tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti bu döyüşlər haqqında qürurla dedi ki, Aprel döyüşləri dərsliklərə salınmalıdır. Bu qələbə ordumuzun həm döyüş, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu da təsdiqlədi. Aprel qələbəsi onu da təsdiqlədi ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Bu qələbə xalqımıza bir gerçəkliyi də yaşatdı: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir - bu döyüşlər Ali Baş Komandanın döyüş əmri ilə başlanacaq döyüşlərdə Azərbaycan ordusunun qalib gələcəyinə, torpaqlarımızı işğaldan azad edəcəyinə əminliyin döyüşləri idi. Aprel döyüşləri - şanlı qələbənin başlanğıcı...
Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən bu döyüşlərdə qüdrətli ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu istiqamətində işğal altında olan 2000 hektardan çox ərazini işğaldan azad etdi. Bu, döyüşlərin hərbi nəticəsi idi. Onun mənəvi nəticələri isə ordunun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhunun göstəricisi oldu.
Azərbaycan Ordusunun qətiyyətli döyüşləri, qazandığı qələbələri ilə düşmənin məğlubedilməzlik mifinin yalan olduğunu dünyaya nümayiş etdirdi. Xalqımız öz ordusu, qorxubilməz oğulları ilə qürur duydu.
Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının, istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığının, döyüş hazırlığının fərqinin də təsdiqi oldu.
Aprelin 4-də düşmən itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi. Əraziyə yaxın yaşayış məntəqələrimiz intensiv atəşə tutuldu. Ordu hissələrimizin şücaətini görən düşmən döyüşə əlavə qüvvələr cəlb etmək istədi, buna nisbətən nail oldu, ancaq döyüşü davam etdirməyə nail ola bilmədi. Yüksək döyüş hazırlığına malik olan bölmələrimiz düşmənin strateji baxımdan əhəmiyyətli hərbi bazasının qərargahına və “erməni könüllülərini” daşıyan maşınlara tutarlı zərbələr endirdi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı, 320-dən çox düşmən məhv edildi, 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Bu döyüşlər bir daha təsdiqlədi ki, işğalın sonu yaxınlaşıb.
Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmayacaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu bəyanat Azərbaycan adından verilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla qeyd edirdi ki, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir: "Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Şanlı hərbi qələbəmiz olan Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bir daha nümayiş etdirdi.
Aprelin 2-də təxminən saat 05:45 radələrində Lələtəpə Azərbaycan bölmələrinin tam nəzarətinə keçdi. Azərbaycan bayrağını Lələtəpədə dalğalandıran əsgər Asim Quliyev həmin anı belə xatırlayırdı: "Həmin bayrağı dəfələrlə təlimlərə aparmışdım. Yoldaşlar arasında hər zaman arzulayırdıq ki, məhz bu bayraq bizim iştirakımızla azad olunan ərazidə ucaldılsın. Elə qismət oldu ki, Lələtəpə istiqamətində hərəkətə keçəsi olduq. Düşmən səddini yararaq zirvəyə çıxdıq. 1 saatlıq döyüşdən sonra səngərdə bir dənə də olsun müqavimət göstərən düşmən hərbçisi qalmamışdı. Düşmən əlavə qüvvələrlə və artilleriyanın dəstəyi ilə hücuma başlayırdı. Mən hər kəsə zəfərimizi bəyan etmək üçün mərmi partlayışlarını və ölümü nəzərə almayıb bayrağımızı asmaq qərarına gəldim. Həmin vaxt tanklarımızın səsini eşitdim. Onlar köməyə gəlirdilər. Sevinc göz yaşlarıma hakim ola bilmirdim".
Aprel döyüşləri Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu da təsdiqlədi. Bu Qələbə yüksək döyüş və mənəvi-psixoloji hazırlığın vəhdəti ilə qazanıldı.
O günlərdə hər bir Azərbaycan vətəndaşı özünü ruhən döyüşlərdə hiss edirdi. Xalqımızın ərazi bütövlüyü uğrunda göstərdiyi birliyinin başlanğıcı Aprel döyüşləri oldu. Həmin günlərdə döyüşlərdə iştirak etmək üçün aidiyyəti qurumlara olunan müraciətlərin sayı-hesabı yox idi. Əli silah tuta biləcək hər bir vətəndaş işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşməyə hazır olduğunu göstərdi. Vətən müharibəsində düşməni əzmək üçün "Dəmir yumruğ"a çevrilən də bu xalq-ordu birliyi düşməni qorxuya salmaqla yanaşı, dünyanı heyrətə gətirdi.
Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyətindən biri də bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinin başlanğıcı qoyuldu. Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin kəndə qayıdışı ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. O zaman Cocuq Mərcanlı kəndinin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğalda olan digər ərazilərimizin də tezliklə azad olunacağına xalqımızda dərin inam yaratdı.
Digər bir tərəfdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Müdafiə Nazirliyinin rəhbərliyinin təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.
O zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı bütün dünyaya bir daha nümayiş etdirdi ki, Qarabağ probleminin həlli beynəlxalq təşkilatların biganəliyinə görə, Ermənistanın işğalçılığına görə müddət baxımından uzansa da Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Cocuq Mərcanlı kəndinin yenidən qurulması və yerli əhalinin öz doğma yurdlarına qayıtması gərəkli mesaj idi. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası onu göstərirdi ki, gün gələcək, Şuşanın məscidləri də bərpa ediləcək. Bu yozumun da mahiyyəti döyüş idi, döyüşlə qazanılacaq Qələbə idi. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdikdən sonra ilk olaraq Şuşada Yuxarı Gövhər ağa məscidi tam təmir edildi.
Aprel döyüşlərindən sonra erməni saytlarından birində deyilirdi: Talış kəndinin şimal və şimal-qərbdəki yüksəkliklərinin Azərbaycan Ordusunun nəzarətində olması burada tam başqa vəziyyət yaratdı. Döyüşlərə qədər kənddə 573 nəfər yaşayırdı. Hərbi əməliyyatlar bitdikdən sonra isə kənddə cəmi 50 nəfər qaldı. Aprel döyüşlərindən sonra kənd icra hakimiyyətinin binası, şadlıq zalı tikilib, suyun verilişi bərpa edilsə də heç kəs bura qayıtmayıb... Düşmən bilirdi ki, öz əzəli sahibləri çox yaxında bu torpaqları da azad edəcək... Bu tarixə "Dördgünlük müharibə" adı ilə düşən Aprel döyüşlərinə düşmənin yanaşması, qorxusu və narahatlığı idi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edib: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir".

Oxunub: 100135
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

3-04-2025, 21:44

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir

Gündəm / Cəmiyyət

27-09-2024, 19:42

Anım Günü gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir

Siyasət

16-04-2024, 21:05

Milli Məclisin 2024-cü il 19 aprel tarixli iclasının gündəliyi

Cəmiyyət

5-04-2024, 11:55

Azərbaycanda bu gecə ehtimal edilən növbəti Qədr gecəsidir

Cəmiyyət

27-03-2024, 13:10

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq

Araşdırma
Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfrans
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür
Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayır və ehtiramla anılır
Bərdədə ərzaq bazarında nöqsanlar aşkarlanıb
Əlli minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək
Özbəkistanda Maqsud İbrahimbəyovun kitabının təqdimatı olacaq
Hadisə
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
25-02-2026, 11:31
Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib
Son xəbərlər
  • 28-04-2026, 19:30
    Qlobal hərbi xərclər 11 ildir artır və BMT büdcəsini 776 dəfə üstələyib
  • 28-04-2026, 18:05
    Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfrans
  • 27-04-2026, 17:52
    Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
  • 25-04-2026, 22:18
    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
  • 24-04-2026, 14:00
    İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
  • 23-04-2026, 12:45
    Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir
  • 22-04-2026, 10:56
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 20-04-2026, 15:08
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 17-04-2026, 10:08
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
  • 15-04-2026, 12:14
    Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub
  • 15-04-2026, 12:10
    Əsas kapitala yönəldilmiş investisiyanın 19,7 faizi tikinti işlərinə xərclənib
  • 15-04-2026, 12:07
    Seulda Azərbaycana həsr edilən mədəniyyət gecəsi təşkil olunub
  • 15-04-2026, 11:55
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür
  • 15-04-2026, 11:03
    Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayır və ehtiramla anılır
  • 15-04-2026, 10:45
    İranlı nazir: Təhlükəsizlik təmin edilərsə, milli komandanın dünya çempionatında iştirakına icazə veriləcək
  • 15-04-2026, 10:44
    Çin və Rusiya XİN rəhbərləri arasında görüş olub
  • 14-04-2026, 19:30
    Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 14-04-2026, 19:26
    Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 13-04-2026, 14:12
    XİN: Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
  • 10-04-2026, 15:24
    Türkiyə və Şimali Kipr parlament nümayəndə heyətləri Fəxri xiyabanı, Zəfər parkını və Türk şəhidliyini ziyarət ediblər
  • 10-04-2026, 15:19
    Milli Məclisin sədri Sahibə Qafarovanın Parlamentin 10 aprel 2026-cı il tarixli iclasında çıxışı
  • 10-04-2026, 15:16
    Nazir müavini: Qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini inkişaf etdirmək əsas məqsədimizdir
  • 10-04-2026, 15:14
    Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
  • 10-04-2026, 15:13
    “Barselona” hakimliklə bağlı UEFA-ya şikayət edib
  • 10-04-2026, 15:11
    Birgünlük tətil “Lufthansa”nın fəaliyyətini iflic edib
  • 9-04-2026, 18:52
    Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
  • 7-04-2026, 22:47
    “Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb
  • 7-04-2026, 22:45
    Misli Premyer Liqasında XXVI tura yekun vurulub
  • 7-04-2026, 22:43
    Səudiyyə Ərəbistanında gün ərzində 22 PUA və 11 ballistik raket zərərsizləşdirilib
  • 7-04-2026, 22:41
    “Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
  • 3-04-2026, 11:15
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər
  • 3-04-2026, 11:13
    Bərdədə ərzaq bazarında nöqsanlar aşkarlanıb
  • 1-04-2026, 12:41
    Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
  • 1-04-2026, 12:40
    Türk dünyasının milli-mədəni irsi Berlində təbliğ olunub
  • 1-04-2026, 12:36
    Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə