• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mehriban xanım böyük və xeyirxah əməllər sahibidir

Gündəm / Cəmiyyət

25-08-2025, 22:23

Mehriban xanım böyük və xeyirxah əməllər sahibidir İşıqlı, xeyirxah əməllər üçün Yer üzünə göndərilənlər - Xeyirin Şər, İşığın Zülmət, Haqqın Nahaqq üzərində qələbəsi, ədalətin, mərhəmətin təntənəsi, bədəməllilərin öz niyətlərinə nail ola bilməməsi üçün aylar, illər, bəzən hətta, əsrlər boyu uzun bir mübarizə, mücadilə yolu keçmiş və nəhayətdə öz məqsədlərinə nail olmuşlar. Çətin, ağır, keşməkeşli, əzablı, amma şərəfli bir missiya yerinə yetirmişlər. Belə xeyirxah, işıqlı, nurlu əməl sahiblərindən, bu missiyanı yerinə yetirmək üçün seçilmiş olanlardan biri də heç şübhəsiz və heç bir mübaliğəsiz demək olar ki, Azərbaycanın Birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci-vitse prezident Mehriban xanım Əliyevadır. Məhşur və hər kəsə yaxşı tanış olan bir kəlam var ki, "dünyanı gözəllik xilas edəcək". Bu kəlam uzun illər öncə söylənilmiş olsa da, bizcə bu gün ona kiçik bir dəyişiklik etməyə ehtiyac yaranıb. Əgər bu məşhur kəlam “Dünyanı qadınlar və gözəllik xilas edəcək”, şəklində redaktə edilərsə, bütün qadınların timsalında tam anlamıyla məhz Mehriban xanımı xarakterizə etmiş olarıq. Çünki bu xanım Mərhəmət, Şəfqət, Xeyirxahlıq, Xilaskarlıq təcəssümüdür. Uzun illərdən bəri yerinə yetirdiyi, şərəflə daşıdığı missiya bunu qətiyyətlə və birmənalı şəkildə söyləmək üçün tam əsas verir. Elə bir xoş, işıqlı, nurlu, xeyirxah əməl yoxdur ki, orada Mehriban xanımın adı, imzası olmasın. Harada xeyirxah, işıqlı əməllər, fəaliyyətlər varsa, orada Mehriban Əliyeva adı və soyadı, imzası da var. Bunlar sanki qoşa qanad kimi birgə addımlamaqdadırlar.
O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının Mehriban xanım Əliyevanın bilavasitə əzmkarlığı, çalışmaları sayəsində həyata keçirilir. Gözəllik, Xeyrxahlıq, Sədaqət və Analıq kimi ülvü keyfiyyətləri təcəssüm etdirən Mehriban xanımı sözün əsl mənasında böyük hərflə yazılan Azərbaycan Qadını adlandıra bilərik. Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər, fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənə kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir.
O övladlarını Azərbaycanı ürəkdən sevən, milli-mənəvi dəyərlərə bağlı əsl vətəndaş kimi tərbiyə etmişdir. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək büyük peşəkarlıq və səbr tələb edir.
Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım böyük və xeyirxah əməllər sahibidir. Fond bu gün artıq Dünya miqyasında qəbul olunan bir təşkilata çevrilib. Onun bir çox ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir və qurum çoxsaylı layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük işlər görür. Bu Fond maddi vəziyyəti ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edib. Ümumiyyətlə, Mehriban xanım və onun rəhbərlik etdiyi Fond müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunun yenidən formalaşıb inkişaf etməsində böyük rol oynadı. O, müasir dünyada və müasir anlamda xeyriyyəçiliyin daha geniş anlam daşıdığını bəyan etdi və əsrimizdə yeni bir məktəbin-Xeyriyyəçilik, Humanizm məktəbinin əsasını qoydu. O, Azərbaycanda xeyriyyəçi insanların da dəstəyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə məktəb tikdirərək uşaqların daha yaxşı təhsil almaları üçün əlindən gələni etdi və bu müqəddəs missiyanı bu gün şərəflə davam etdirir. Təhsili millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır. O, yeni xəstəxanalar, tibb məntəqələri tikdirərək insanların sağlamlığına da xidmət edir. Bunu həm gözəl, bacarıqlı, bilikli bir həkim olduğu üçün, həm də millətin gələcəyinin sağlam gənclikdən asılı olduğunu çox yaxşı bildiyi və dərindən dərk etdiyi üçün edir. Onun təşəbbüsü ilə tikilən məktəblərdə gənclərin yüksək səviyyədə təhsili, inkişafı üçün lazım olan bütün şəraitlər yaradılır. Gənclərin boş vaxtlarının zərərli meyllərə yönəlməsinin qarşısının alınması, bu vaxtın daha səmərəli istifadə olunması, gənclərin bir vətəndaş kimi yetişməsi də daim onun diqqət mərkəzindədir və bu sahədə də çoxsaylı layihələr həyata keçirilir. O, daim çətin vəziyyətə düşən insanların yanındadır. Yardıma ehtiyacı olan az gəlirli dializli xəstələrin bahalı dializ prosedurlar almasında problemlər yaranan zaman o, xaricdən ən yüksək səviyyəli avandanlıqların alınıb onların istifadəsinə verilməsinə nail olur. Görmə qabiliyyətindən məhrum uşaqlarla görüşündə onlar üçün oxumağın və təhsilin çox önəmli olduğuna diqqət çəkir və bundan dərhal sonra onun dəstəyi ilə bu insanların oxuya bilməsi üçün yüksək səviyyəli mərkəz qurulur, bütün lazımlı xüsusi avadanlıqlarla təhciz edilib istifadəyə verilir.

Mehriban xanım böyük və xeyirxah əməllər sahibidir

Dr.Emin Qurbanov
Kəpəz Hospitalın Ürək-damar cərrahı

Oxunub: 100145
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

16-04-2025, 11:33

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar

Siyasət

12-12-2024, 10:57

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Cəmiyyət

9-05-2025, 13:05

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

Siyasət

4-11-2024, 13:53

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar

Gündəm / Siyasət

26-02-2025, 12:33

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə