30 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirildi.
Tədbir kollecin direktor müavini, t.f.d. Murad Muradovun giriş sözü ilə açıldı. O, çıxışında bu tarixi qurultayın türk dünyası üçün əvəzsiz əhəmiyyətindən, ortaq dil və mədəni dəyərlərin qorunmasında oynadığı roldan ətraflı bəhs etdi.
Daha sonra tələbələrin hazırladığı maraqlı təqdimatlar, çıxışlar, şeirlər və səhnəciklər nümayiş olundu. Tədbir boyu iştirakçılar böyük maraq və diqqətlə proqramı izlədilər.
Belə tədbirlər gənclərin milli irsə bağlılığını gücləndirir, tariximizi daha dərindən öyrənməyə təşviq edir və vətənpərvərlik ruhunu artırır.
Keçmişimizi öyrənərək gələcəyimizi qururuq!
/zamanlabirge.az.xebernur.com/






