• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Xarıbülbül” Musiqi Festivalı bütün Türk dünyasının ruhunun yenidən dirilişinin səsidir

Mədəniyyət

13-03-2025, 16:27

“Xarıbülbül” Musiqi Festivalı bütün Türk dünyasının ruhunun yenidən dirilişinin səsidir Azərbaycan mədəniyyətinin demək olar ki, dünyanın hər yerində olduğu kimi, Türkiyədə də böyük maraq doğurduğu danılmaz faktdır. Tarixin müxtəlif dövrlərində bir çox mədəniyyət və incəsənət xadimlərimiz qardaş ölkədə Azərbaycan mədəniyyətini dərindən təbliğ etməklə yanaşı, bir sıra yeniliklərə də imza atıblar. Hazırda da Türkiyənin bir çox bölgəsində azərbaycanlıların mədəniyyət sahəsinə verdiyi misilsiz töhfələri, həyata keçirdikləri layihələri görmək olar. Belə layihələrdən biri də ölkələrimiz arasındakı tarixi bağları tərənnüm edən “İki ruhun melodiyası: Bir yenidən doğuluş manifesti”dir. Layihə İstanbulda yeni yaradılan, azərbaycanlılardan ibarət “VEP” klassik musiqi qrupu tərəfindən başladılıb.
Layihə ilə bağlı qrupun solistlərindən biri, müğənni Vüsalə Əsgərova məlumat verib.

Azərbaycan musiqisini valehedici səsi ilə Türkiyədə təbliğ edən Vüsalə Əsgərova uzun illər Azərbaycan Televiziyası (AzTV) və Gülarə Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblının solisti olub.

Türkiyə ilə Azərbaycanı bir bədəndəki iki ruh kimi dəyərləndirən müğənni deyib: “Bu qrupu yaratmaqla biz ortaq tariximizi, mədəniyyətimizi başqa bir tərzdə, musiqinin əsrarəngiz səsi ilə tanıtmaq niyyətindəyik. İllərin gətirdiyi sənət təcrübəsi mədəniyyətimizi daha böyük platformalarda tanıtmağımıza dəstək olacaq. Musiqinin ruhunu şəkilləndirən qrupumuzun rəhbəri, dirijorumuz, pianoçu Pərvin Aslanovun müşayiəti ilə Elgün Quliyevin güclü vokal səsi və mənim həzin ifamda Azərbaycan musiqisinin valehedici əsrarəngizliyinin daha çox özünü büruzə verdiyini düşünürəm. Yeni layihəmiz yalnız konsert proqramları əsasında qurulmayıb. Biz müxtəlif tədbirlərlə Türkiyədəki qardaşlarımıza Azərbaycanın səsini, klassik musiqilərimizin insanlarda yaratdığı ab-havanı çatdırmaq istəyirik. Burada əsas məqsədimiz, dünyanın keçdiyi bu çətin dövrdə yaralanmış ruhlara musiqimizlə məlhəm olmaqdır. Azərbaycan musiqisinin isə hər insanın ruhu oxşayan xüsusiyyətlərindən danışmaqla bitməz”.

Uzun illərdir Türkiyədə fəaliyyət göstərən Vüsalə Əsgərova, eyni zamanda, İstanbulda yaratdığı “Xarıbülbül Mədəniyyət Dərnəyi”nin dəstəyi ilə səhnəyə çıxan “Günəş musiqi, xor və rəqs” qrupunun rəhbəridir.

“Qrupumuzda müxtəlif yaş qruplarından ifaçılar var. Belə ki, iki yaşlı uşaqlardan başlayaraq 40 yasınadək solistlərə qədər. Onlar Azərbaycanla yanaşı, Türkiyə musiqisini də mənimsəyirlər. Hazırda bütün türkdilli xalqların musiqi irsi ilə bağlı yeni layihə üzərində işləyirik. Bunu bir ortaq musiqi kollektivindən ibarət rəqs və mahnı konserti formasında ictimaiyyətə təqdim etməyi düşünürük. Xor kollektivimizdə də bir çox türkdilli xalqların nümayəndələri var. Xoreoqrafımız isə həmvətənimiz, uzun illər Türkiyədə fəaliyyət göstərən Nazlı Bağırovadır. Rəqslərimizdə üstünlük uşaqlara verilib. Çünki bu, mədəniyyətimizi gələcək nəsillərə çatdırmaq üçün ən böyük vasitədir”, - deyə həmsöhbətim bildirib.

Hazırda qrupun “Xarıbülbül Mədəniyyət Dərnəyi” ilə birgə Novruz bayramı şənliklərinə hazırlaşdığını qeyd edən Vüsalə xanım deyib: “Ən böyük arzumuz Şuşada keçiriləcək növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak etməkdir. Çünki bu festival təkcə Azərbaycanda keçirilən bir tədbir deyil, bu, bütün Türk dünyasının ruhunun yenidən dirilişinin səsidir və Şuşa təkcə ölkəmizin yox, türkəm deyən hər kəsin mədəniyyətinin əbədi paytaxtıdır”.

Oxunub: 100151
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

23-10-2024, 09:01

Tbilisidə Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalı keçirilib

Mədəniyyət

23-12-2024, 11:17

Azərbaycan Malayziyada mədəniyyət festivalında təmsil olunub

Mədəniyyət

13-02-2025, 12:17

Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub

Mədəniyyət

11-10-2024, 11:49

Azərbaycan Pakistanda keçirilən mədəniyyət festivalında təmsil olunub

Siyasət

9-06-2024, 21:25

"Türk dünyasının birləşməsi Azərbaycan dövlətinin prioritetidir" - Millət vəkili

Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə