• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Türk dünyasının milli-mədəni irsi Berlində təbliğ olunub

Mədəniyyət

1-04-2026, 12:40

Türk dünyasının milli-mədəni irsi Berlində təbliğ olunub Baharın gəlişi – Novruz bayramı münasibətilə Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin təşəbbüsü və Türkiyə səfirliyinin ev sahibliyi ilə martın 30-da bayram tədbiri keçirilib. Tədbirdə Türk dövlətlərinin Almaniyadakı səfirləri, qardaş icmaların üzvləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, mədəniyyət və elm ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.

İştirakçılar əvvəlcə ortaq türk mədəni irsinin təqdim olunduğu sərgiyə baxış keçiriblər. Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Şimali Kipri təmsil edən stendlərdə qardaş ölkələrin tarixi-mədəni irsi, adət-ənənələri, nəşrlər və eksponatlar, eləcə də milli mətbəx nümunələri təqdim edilib.

Azərbaycanın və Türkiyənin Almaniyadakı səfirləri Nəsimi Ağayev və Gökhan Turan Novruzun yenilənmə, barış və həmrəylik kimi universal dəyərləri təmsil etdiyini bildirib, diplomat müxtəlif ölkələrdən iştirakçıların eyni platformada bir araya gəlməsinin bu bayramın birlik və həmrəylik iradəsinin bariz göstəricisi olduğunu diqqətə çatdırıblar.

Qeyd olunub ki, Novruz yalnız ayrı-ayrı xalqları deyil, ortaq tarix və köklərə malik nəhəng Türk dünyasını bir araya gətirir, yenilənmə, ümid və həyatın davamlılığının rəmzi kimi çıxış edir.

“Türk Dövlətləri Təşkilatının siyasi çərçivədən daha çox, gələcəyimizi birlikdə formalaşdırmaq üçün ortaq iradəmizin ifadəsidir. Azərbaycan üçün Türk dünyasının birliyi təkcə mədəni bağ deyil, dayanıqlılıq, strateji istiqamət və güc mənbəyidir. 179 milyondan çox əhalisi və 2,1 trilyon ABŞ dollarından artıq iqtisadi gücə malik Türk dünyası böyük potensiala sahibdir. Ancaq ən böyük gücümüz ortaq mədəni və tarixi təməlimizdədir. Bu güc həm də regionumuzda və ondan kənarda sülh üçün göstərdiyimiz səylərdə özünü göstərir. Dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət vasitəsilə türk dövlətləri həm regional, həm də qlobal səviyyədə sülhün, sabitliyin və təhlükəsizliyin təşviqinə mühüm töhfə verirlər”, - deyə səfir Nəsimi Ağayev qeyd edib.

Çıxışlardan sonra bayram tədbiri bədii hissə ilə davam edib. Bu hissədə türk dövlətlərinin milli-mədəni irsindən, füsunkar təbiətindən bəhs edən filmlər nümayiş etdirilib, türk xalqlarının, o cümlədən Azərbaycanın milli musiqisi və rəqsləri ifa olunub. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda türk xalqlarının milli mətbəxlərinin nümunələrinin təqdim olunduğu bayram süfrəsi açılıb.

Oxunub: 10033
Paylaş:
Digər xəbərlər

Siyasət

14-09-2025, 12:25

Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıb

Mədəniyyət

30-03-2025, 12:24

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib

Mədəniyyət

13-02-2025, 12:17

Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub

Mədəniyyət

5-02-2025, 12:19

Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb

Mədəniyyət

7-10-2024, 22:27

Azərbaycan Şimali Kiprdə keçirilən beynəlxalq festivalda təmsil olunub

Araşdırma
Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfrans
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür
Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayır və ehtiramla anılır
Bərdədə ərzaq bazarında nöqsanlar aşkarlanıb
Əlli minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək
Özbəkistanda Maqsud İbrahimbəyovun kitabının təqdimatı olacaq
Hadisə
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
25-02-2026, 11:31
Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib
Son xəbərlər
  • 28-04-2026, 19:30
    Qlobal hərbi xərclər 11 ildir artır və BMT büdcəsini 776 dəfə üstələyib
  • 28-04-2026, 18:05
    Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfrans
  • 27-04-2026, 17:52
    Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
  • 25-04-2026, 22:18
    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
  • 24-04-2026, 14:00
    İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
  • 23-04-2026, 12:45
    Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir
  • 22-04-2026, 10:56
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 20-04-2026, 15:08
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 17-04-2026, 10:08
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
  • 15-04-2026, 12:14
    Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub
  • 15-04-2026, 12:10
    Əsas kapitala yönəldilmiş investisiyanın 19,7 faizi tikinti işlərinə xərclənib
  • 15-04-2026, 12:07
    Seulda Azərbaycana həsr edilən mədəniyyət gecəsi təşkil olunub
  • 15-04-2026, 11:55
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür
  • 15-04-2026, 11:03
    Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayır və ehtiramla anılır
  • 15-04-2026, 10:45
    İranlı nazir: Təhlükəsizlik təmin edilərsə, milli komandanın dünya çempionatında iştirakına icazə veriləcək
  • 15-04-2026, 10:44
    Çin və Rusiya XİN rəhbərləri arasında görüş olub
  • 14-04-2026, 19:30
    Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 14-04-2026, 19:26
    Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 13-04-2026, 14:12
    XİN: Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
  • 10-04-2026, 15:24
    Türkiyə və Şimali Kipr parlament nümayəndə heyətləri Fəxri xiyabanı, Zəfər parkını və Türk şəhidliyini ziyarət ediblər
  • 10-04-2026, 15:19
    Milli Məclisin sədri Sahibə Qafarovanın Parlamentin 10 aprel 2026-cı il tarixli iclasında çıxışı
  • 10-04-2026, 15:16
    Nazir müavini: Qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini inkişaf etdirmək əsas məqsədimizdir
  • 10-04-2026, 15:14
    Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
  • 10-04-2026, 15:13
    “Barselona” hakimliklə bağlı UEFA-ya şikayət edib
  • 10-04-2026, 15:11
    Birgünlük tətil “Lufthansa”nın fəaliyyətini iflic edib
  • 9-04-2026, 18:52
    Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
  • 7-04-2026, 22:47
    “Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb
  • 7-04-2026, 22:45
    Misli Premyer Liqasında XXVI tura yekun vurulub
  • 7-04-2026, 22:43
    Səudiyyə Ərəbistanında gün ərzində 22 PUA və 11 ballistik raket zərərsizləşdirilib
  • 7-04-2026, 22:41
    “Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
  • 3-04-2026, 11:15
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər
  • 3-04-2026, 11:13
    Bərdədə ərzaq bazarında nöqsanlar aşkarlanıb
  • 1-04-2026, 12:41
    Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
  • 1-04-2026, 12:40
    Türk dünyasının milli-mədəni irsi Berlində təbliğ olunub
  • 1-04-2026, 12:36
    Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə