• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qürurverici tarix- Respublika Günü

Siyasət

24-05-2024, 11:56

Qürurverici tarix- Respublika Günü Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının yaranmasının 106-cı illiyi yaxınlaşır. Bu, XX əsr tarixinin təsadüfi bir faktı deyil. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Böyük şəxsiyyətlərimiz, Cümhuriyyət qurucularımız "İstiqlal Bəyannaməsi"ni elan edərək xalqımızın müstəqillik əzmini, azadlıq ruhunu, inkişaf səviyyəsinə görə irəli getmiş toplumlarla bir yerdə irəliləməyə layiq olduğunu bütün dünyaya göstərmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik tariximizin böyük dəyərlərindəndir. Onun ən layiqli qiymətini Ümummilli Lider Heydər Əliyev vermişdir.
Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə uğurla həyata keçirdiyi inkişaf siyasəti xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytarmış, milli mənlik şüurunu yüksəltmiş, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır. Cümhuriyyətin üçrəngli bayrağının ilk dəfə olaraq Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırılması da Azərbaycan Xalq Cümhuriyyəti ideyalarına sadiqliyin, müstəqilliyə gedən yolu bütün şəraitlərdə uğurla davam etdirərək yeni mərhələlərə çatdırmaq əzminin təzahürü idi. Bu yola sadiqliyin daha bir nümunəsi Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyamızda respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilməsidir. Azərbaycanın inkişafının, dövlət müstəqilliyimizin əbədiliyinin təmin olunmasıdır. Zamanın gərdişindən cəmi 23 ay ömür sürə bilmiş Cümhuriyyətimizin, onu yeni nəsillərə ərməğan kimi qurub-yaratmış ziyalılarımızın Azərbaycanla bağlı yarımçıq qalmış arzularının yerinə yetirilməsidir. Bu layiqli qiymət, yüksək dəyər həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxarmış Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan yeni möhtəşəm uğurlarımızda öz ifadəsini tapır.
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur" deyən dövlət rəhbərimiz Cümhuriyyət qurucularımızın Azərbaycanla bağlı arzularını, xəyallarını reallığa çevirdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlər həm də əsrlər boyu milli dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi üçün mübarizə aparmış və çalışmış, burada əməyi olan böyük şəxsiyyətlərimizin ruhuna olan boyük hörmət və ehtiramdır. Onların mənəvi irsinin davam etdirilməsidir.
Qeyd etmək lazımdır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "İstiqlal Bəyannaməsi"ni imzalaması xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin yaşadılması və yeni dövrdə daha bir üstün mərhələyə daxil olması idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik duyğusunu, istiqlal ruhunu daha da gücləndirdi və bu duyğu ondan sonrakı heç bir dövrdə, o cümlədən sovetlərin sərt repressiyaları şəraitində də qəlbimizi tərk etmədi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq ömründə bir çox işlərə imza atdı. Gələcəyimiz üçün müstəsna əhəmiyyət daşıyan ənənələr formalaşdırdı. Eyni zamanda Şərqdə demokratiya ənənələrinin formalaşmasına da əhəmiyyətli təsir göstərdi. Çox qısa müddətdə Azərbaycanın ilk demokratik hökuməti quruldu, parlamenti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq müstəvidə tanınması, milli maraqların qorunması məqsədilə diplomatik müstəvidə atılan mühüm addımlar, yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunması, habelə demokratik prinsiplərin təsbit edilməsi üçün görülən işlər o 23 aylıq tarixin qürur dolu səhifələridir. Ən əsası, İstiqlalımızın yadigarları bu gün də mövcuddur, dövlətimizlə birgə inkişaf edir və bu inkişafa özünün layiqli töhfələrini verir.
Qürurverici tarix- Respublika Günü
Hikmət Nağıyev,
Mərkəzi Nefçilər Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru

Oxunub: 100360
Paylaş:
Digər xəbərlər
Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə