• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçirib

Siyasət

29-05-2024, 21:17

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçirib Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri ser Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə görüşlərdə Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.
Söhbətlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə təşkilatın institusional inkişafı, Hərəkata üzv ölkələr arasında əlaqələrin və həmrəyliyin gücləndirilməsi, təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması istiqamətində gördüyü işlər təqdir olunub. Ölkəmizin sədrliyi dövründə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirilməsindən məmnunluq bildirilib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə də məlumat verərək, Şəbəkənin Hərəkata üzv ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.
Görüşlər zamanı bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və ölkəmizin təşkilatçılığı ilə bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə inam ifadə olunub. Spiker Sahibə Qafarova qeyd edib ki, bu tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və etimadını əks etdirir.
O, COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə Parlament konfransı keçirəcəyini, bu tədbirin parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı yaradacağını vurğulayıb.
Görüşlərdə COP29 çərçivəsində keçirilən tədbirlərdə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli ilə bağlı məsələlərin də diqqətdə saxlanılacağı qeyd edilib.
Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalveslə görüşdə ölkəmizin bu dövlətlə beynəlxalq əməkdaşlığının səviyyəsindən, bu ölkənin BMT Təhlükəsizlik Şurasında Azərbaycana verdiyi dəstəkdən məmnunluq ifadə edilib.
Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri Cerald Uott Azərbaycanın "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransda iştirakını və Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini yüksək qiymətləndirib.
Milli Məclisin sədri Sahibə Qafarovanın Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlendlə görüşündə isə Azərbaycanın Birlik üzvləri ilə münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Millətlər Birliyinə üzv olan ölkələrin əksəriyyətinin Qoşulmama Hərəkatına da üzv olduqları vurğulanaraq, Azərbaycanın sədrliyinin kiçik dövlətlərin səslərinin eşidilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub.
Görüşlərdə parlamentlərarası əməkdaşlıq məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçiribMilli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçiribMilli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçiribMilli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçiribMilli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçiribMilli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçirib

Oxunub: 100296
Paylaş:
Digər xəbərlər

Siyasət

28-05-2024, 11:10

Beynəlxalq tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub

Siyasət

16-05-2024, 11:30

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

Siyasət

14-05-2024, 11:37

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfərə gəlib

Siyasət

13-05-2024, 15:33

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

Siyasət

23-04-2024, 19:05

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Milli Assambleyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə