• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Pekində “2024 Sıfır karbon missiyası” beynəlxalq iqlim konfransında COP29-dan danışılıb

Siyasət

16-10-2024, 11:30

Pekində “2024 Sıfır karbon missiyası” beynəlxalq iqlim konfransında COP29-dan danışılıb Çinin “Phoneix” televiziyasının təşkilatçılığı ilə “İqlim Ambisiyaları və Qlobal Fəaliyyət” mövzusunda “2024 Sıfır karbon missiyası” beynəlxalq iqlim konfransı keçirilib.
Çinin müvafiq qurumlarının dəstəyi ilə keçirilən tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan əsas qonaq qismində iştirak edib.
Adətən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarından əvvəl keçirilən “Sıfır karbon missiyası” beynəlxalq iqlim konfransı Çində bu sahədə əsas müzakirə platformalarından biri hesab olunur. Builki tədbir panel müzakirələr və “COP29: Gəlin Bakıda, Azərbaycanda görüşək” adlı mərasimdən ibarət olub.
Tədbirdə Çinin dövlət qurumlarının, həmçinin qeyri-hökumət təşkilatlarının, elm ocaqlarının, beyin mərkəzlərinin nümayəndələri, diplomatlar iştirak ediblər. Müzakirələr zamanı iqlim dəyişikliyi təşəbbüsləri, qlobal emissiyaların azaldılması yolları, birgə mübarizə strategiyaları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov COP29-a hazırlıq prosesi, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə milli, regional və qlobal miqyasda verdiyi töhfələrdən, ölkəmizdə yaşıl inkişaf, yaşıl keçiddən danışıb, iqlim maliyyəsi məsələsinin COP29-da danışıqların mühüm hissəsi olacağını deyib. Bildirib ki, Prezident İlham Əliyev 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
B.Hüseynov işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirildiyini, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə kimi sıfır emissiyalı zonaya çevriləcəyini bildirib.
Diplomat Çinin yaşıl inkişaf sahəsindəki zəngin təcrübəsini və qabaqcıl texnologiyasını nəzərə alaraq Azərbaycanın bu ölkə ilə sözügedən sahədə əməkdaşlığa xüsusi önəm verdiyini, Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələrində Çin texnologiyasından geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Sammit çərçivəsində müxtəlif mövzularda panel müzakirələr aparılıb.

Oxunub: 100241
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

24-09-2024, 09:43

COP29 qlobal sülh və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq - Nazir

Siyasət

26-03-2024, 10:54

Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”

İqtisadiyyat

3-05-2024, 13:06

Artıq iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət və satınalmalar arasında müəyyən sinerji mövcuddur - Noel O'Brayen

Siyasət

17-05-2024, 15:36

Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində Parlament görüşünün təşkilinə dair Anlaşma Memorandumu imzalanıb

Siyasət

10-10-2024, 12:16

Prezident İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə