• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Parlamentlərarası İttifaqın sessiyasında erməni tərəfinin həqiqətdən uzaq fikirləri ifşa edilib

Siyasət

21-10-2024, 11:36

Parlamentlərarası İttifaqın sessiyasında erməni tərəfinin həqiqətdən uzaq fikirləri ifşa edilib Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Şükürov bu qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək məqsədilə 18-20 oktyabr tarixlərdə Laos Xalq Demokratik Respublikasının paytaxtı Vyentyan şəhərində səfərdə olub.
Səfər çərçivəsində Z.Şükürov 19 oktyabr tarixdə Baş Assambleyanın 45-ci sessiyasında çıxış edib və 20 oktyabr tarixdə keçirilən 3-cü AİPA-Azərbaycan dialoquna qatılıb. Həmçinin AİPA-nın Baş katibi, Laos Xalq Demokratik Respublikasının Milli Assambleyasının Hüquq komitəsinin sədri, Kamboca parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri ilə ikitərəfli görüşlər keçirilib. Bununla yanaşı, qardaş Türkiyənin, Vyetnamın, Filippinin, Malayziyanın, Tailandın və Sinqapurun nümayəndə heyətlərinin rəhbərləri ilə səmərəli fikir mübadiləsi aparıb.
Baş Assambleyanın sessiyasında çıxışında, habelə AİPA-Azərbaycan dialoqu zamanı deputat Azərbaycanla ASEAN və AİPA arasında, həmçinin təşkilata üzv dövlətlərlə ikitərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri və bu prosesdə parlamentarilərin rolundan danışıb. Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun get-gedə daha da artığını və etibarlı tərəfdaşa çevrildiyini deyən millət vəkili ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə həyata keçirilən qlobal əhəmiyyətli təşəbbüslərin, dünya dövlətlərinin yekdil qərarı ilə cari ilin noyabr ayında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Bakı şəhərinin ev sahibliyi etməsinin bunun sübutu olduğunu qeyd edib.
Sessiyada çıxış edən Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri öz ölkəsini sülhün tərəfdarı və təşəbbüskarı kimi təqdim etməyə çalışıb. Lakin Azərbaycan nümayəndə heyətinin rəhbəri Z.Şükürov çıxışı zamanı, həmçinin AİPA-Azərbaycan dialoqu əsnasında erməni tərəfinin həqiqətdən uzaq fikirlərini ifşa edib.
Belə ki, Z.Şükürov torpaqlarımız erməni işğalından azad olunduqdan sonra məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 prinsip əsasında Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdiyini, buna baxmayaraq, Ermənistanın sülh prosesinə süni şəkildə əngəl törətdiyini, konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının saxlanıldığını, bu ölkənin regionda həqiqətən də davamlı və etibarlı sülhdə maraqlıdırsa, məhz konstitusiyasında zəruri dəyişiklik etməli olduğunu vurğulayıb.
AİPA-Azərbaycan dialoqu, habelə ikitərəfli təmaslar zamanı görüş iştirakçıları Ermənistanın mina terrorunun nəticələrinin aradan qaldırılması məqsədilə mina problemindən zərər çəkmiş ASEAN dövlətləri ilə təcrübə mübadiləsi, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma və bərpa işləri və Böyük Qayıdış proqramı, Ermənistandan didərgin salınmış həmvətənlərimizin öz tarixi dədə-baba yurdlarına geri qayıdış hüququnun gerçəkləşdirilməsi ilə əlaqədar atılan addımlarla bağlı məlumatlandırılıb.
Bununla yanaşı, ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli COP-29 tədbirinə hazırlıq prosesi barədə də görüş iştirakçılarına məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Oxunub: 100205
Paylaş:
Digər xəbərlər

Siyasət

14-10-2024, 11:04

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

Siyasət

23-04-2024, 19:05

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Milli Assambleyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Siyasət

8-04-2024, 15:06

Milli Məclisin deputatı Avstriyaya səfər edəcək

Siyasət

27-05-2024, 15:17

MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclasında

Siyasət

31-05-2024, 15:49

Milli Məclisin 2024-cü il yaz sessiyasını bağlı elan edidi

Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə