Bu ilin 9 ayı ərzində xaricdəki Azərbaycan icmalarının üzvləri və diaspor təşkilatları müxtəlif mövzularla bağlı beynəlxalq qurumlara 107 müraciət və bəyanatlar göndəriblər.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Həmçinin bildirilib ki, komitə qeyd olunan müddətdə ali təhsil müəssisələri ilə əməkdaşlığı daha səmərəli şəkildə davam etdirib və qurumda istehsalat təcrübəsində olan ali təhsil müəssisələri tələbələrinin sayı ötən illərlə müqayisədə 3 dəfə artıb. 2024-cü ilin 9 ayında 71 tələbə Diasporla İş üzrə Dövlət Komitəsində faydalı təcrübə əldə edib.