• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 18 oktyabr tarixli plenar iclasında Müstəqilliyin Bərpası Günü barədə çıxışı

Siyasət

18-10-2024, 12:51

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 18 oktyabr tarixli plenar iclasında Müstəqilliyin Bərpası Günü barədə çıxışı Hörmətli həmkarlar!
Bizim iclasımız Azərbaycan tarixində taleyüklü rol oynamış bir hadisənin ildönümünə təsadüf edir. 33 il öncə bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması xalqımızın dövlətçilik potensialının yenidən təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi.
Bildiyiniz kimi, son yüz ildən artıq dövrdə Azərbaycan xalqına siyasi müstəqillik imkanı iki dəfə nəsib olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli inkişaf tariximizin son dərəcə önəmli hadisəsidir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında yeni mərhələ açmışdı.
Təəssüf ki, xalqımızın əsrin əvvəllərində qurduğu dövləti cəmi 23 ay yaşaya bilmişdir.
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Hamımız yaxşı xatırlayırıq, hörmətli həmkarlar, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır problemlər qarşısında qalaraq dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə düşmüşdü.
Dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi. Ölkə həyatının bütün sahələrini bürüyən hərc-mərclik və özbaşınalıq real vətəndaş müharibəsi təhlükəsi törətmişdi. Belə bir şəraitdə Ermənistan silahlı qüvvələri torpaqlarımızın işğalını gündən-günə genişləndirir, bu isə destruktiv prosesləri daha da sürətləndirirdi.
Dövlətin varlığı, xalqın müqəddəratı sual altında idi. Biz bunu hamımız yaxşı xatırlayırıq, hörmətli həmkarlar.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan dünya miqyaslı siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyev misilsiz idarəçilik məharəti və siyasi uzaqgörənliyi, əzmkarlığı və yorulmaz səyləri nəticəsində Azərbaycanı gözləyən fəlakətlərin qarşısını almağı, dövlətin qarşısında dayanan ağır problemləri həll etməyi bacardı.
Ümummilli Lider dünyanın böyük güclərinin iradəsinə qarşı çıxaraq, Azərbaycan üçün hazırlanmış planları alt-üst etdi, xalqımızı və dövlətimizi sabitlik və inkişaf dövrünə çatdırdı.
Bugünkü müasir Azərbaycan Respublikası Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının ən parlaq ifadəsidir.
Hörmətli həmkarlar!
Mən bu fikri xüsusilə vurğulamaq istəyirəm ki, Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanmışdır.
Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun parlamentdə gördüyü işlər, gördüyü tədbirlər parlamentarizm və dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir.
Hörmətli həmkarlar!
Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində davam etdirən möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycanı zirvələrə yüksəltmişdir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli tarixi torpaqlarımızın Ermənistanın 30 illik işğalından qurtarılması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması nəinki ölkəmiz, həm də bütün dünya üçün tarixi əhəmiyyətli bir hadisə olmuşdur. Azərbaycan Cənubi Qafqaz bölgəsinin liderinə, qlobal geosiyasətdə isə söz sahibi olan bir dövlətə çevrilmişdir.
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, dövlət başçısının fərmanına əsasən dünən Füzuli şəhəri günü qeyd edildi. İki gündən sonra Zəngilan şəhəri günü qeyd olunacaq. Bu hadisələr möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə nail olmuş Azərbaycan Respublikasının güc və qüdrətinin rəmzləridir. Və əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin liderliyi və xalqımızın birlik və həmrəyliyi dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək.
Hörmətli həmkarlar, mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq. (Alqışlar.)
Çox sağ olun. Hesab edirəm ki, bu alqışlar bizim təbrik məktublarını təsdiqləyən alqışlardır. Və hörmətli həmkarlar, bayram münasibəti ilə mən sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm!

Oxunub: 100215
Paylaş:
Digər xəbərlər

Siyasət

24-05-2024, 11:56

Qürurverici tarix- Respublika Günü

Siyasət

28-05-2024, 11:25

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir

Siyasət

28-05-2024, 12:14

Müstəqillik Günü tariximizdə müstəsna rola malikdir

Siyasət

7-05-2024, 14:09

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 7 may tarixli plenar iclasında çıxışı

Gündəm / Siyasət

18-10-2024, 11:44

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür

Araşdırma
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə